Sumqayıtda yaşayış binasında partlayış oldu -xəsarət alanlar var
    • 4-03-2020, 22:54
    • 870

Sumqayıtda yaşayış binasında partlayış oldu -xəsarət alanlar var

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda ev 71 mənzil 33 ünvanında partlayış olub.


News24.az xəbər verir ki, partlayış qaz sızması nəticəsində baş verib.


Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.