-
- 5-06-2023, 14:31
- 189
Arif Hacılı əməliyyat olundu
Müsavat Partiyasının başqanı Arif Hacılı əməliyyat olunub.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Arif bəyin ürəyindəki problem aradan qaldırılıb:
“Əvvəl İqbaldan, az sonra Raufdan zəng gəldi: Arif açıq ürək əməliyyatı olub, xəbərin var? Partiya üzvlərinin reyestrinin tərtibi ilə bağlı işlə əlaqədar iki gündür Bakıda olmamışdım. Arif bəyin məndə olan və çox -çoxdan yığmadığım telefon nömrəsini yığdım.
Zəng getsə də, cavab olmadı. Sosial şəbəkələrə baxdım. Məlum oldu ki, əməliyyat dünən olub. "Ege Hospital"a getdim. 19- 30 -dan sonradır deyə yuxarı buraxılmadım. Əsas odur ki, məlumatlarda əməliyyatın uğurlu keçdiyi bildirilir. Arif Hacılı ən yeni Azərbaycan tarixini yaradanlardandır və bu tarixin önəmli simalarındandır, bu gün də Azərbaycan siyasətinin ən mühüm xadimlərindən biridir. Hələ görəcəyi çox işlər var. Çox ağır çətinliklərdən keçib, bundan da keçər inşallah”.