-
- 5-06-2023, 17:42
- 524
İmamoğlu istədi, Kılıçdaroğlu qarşı çıxdı, ORTALIQ QARIŞDI!
CHP-yə yaxınlığı ilə tanınan “Sözcü”nün yazarı İsmail Saymaz CHP sədri Kamal Kılıçdaroğlu ilə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu arasında keçirilən görüşün məzmunu ilə bağlı məlumat paylaşıb.
News24.az xəbər verir ki, İsmail Saymaz CHP-nin Növbədənkənar Qurultayı ilə bağlı Əkrəm İmamoğlu ilə Kamal Kılıçdaroğlu arasında fikir ayrılığının olduğunu bildirib.
Saymazın sözlərinə görə, Əkrəm İmamoğlu 2024-cü ildə keçiriləcək yerli seçkilərdən əvvəl CHP-də genişmiqyaslı bir yeniliyin olması lazım olduğunu müdafiə edib.
“Əkrəm İmamoğlu ilə Kamal Kılıçdaroğlu arasında keçirilən görüşdə İmamoğlu “Mən bu dəyişikliyə rəhbərlik edə bilərəm” deyib. Ancaq İmamoğlu dəyişikliyin yerli seçkilərdən əvvəl edilməsi lazım olduğunu müdafiə edib. Sədr də daxil olmaqla bütün rəhbər kadrlarda dəyişiklik prosesinin başladılmasını tələb edib. Yerli seçkiyə yeni CHP ilə daxil olmağı istəyib. Digər tərəfdən Kılıçdaroğlu Böyük Kurultayın yerli seçkilərdən sonra keçirilməsini istəyib”, - İ.Saymaz qeyd edib.
Akqabay