Naxçıvanda su xəttində qəza oldu
    • 6-06-2023, 10:06
    • 121

Naxçıvanda su xəttində qəza oldu

Bu gün səhər saatlarında Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində magistral su xəttində qəza baş verib.

News24.az xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.

Qəza nəticədə şəhərin bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.

Hazırda təmir işləri davam etdirilir və bir neçə saata qeyd olunan ərazilərə suyun verilişi tam bərpa ediləcək.