Ermənistanda yüksək rütbəli məmurun oğlu 240 kisə narkotiklə TUTULDU
    • 6-06-2023, 10:26
    • 153

Ermənistanda yüksək rütbəli məmurun oğlu 240 kisə narkotiklə TUTULDU

Ermənistanda yüksək çinli məmurun oğlu narkotik qaçaqmalçılığı ittihamı ilə tutulub.

News24.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, İrəvanın girişində polis əməkdaşları hüquq-mühafizə orqanlarından birinin yüksək rütbəli məmurunun oğluna məxsus avtomobili saxlayıblar. Avtomobildə 240 kisə narkotik olub.

Qəzet yazır ki, məmur oğlu həbs edilib. Nəşr hələlik məmurun adını açıqlamasa da, yaxın vaxtlarda elan edəcək. O da qeyd edilir ki, bu iş hüquq-mühafizə orqanlarında görünməmiş ajiotaj yaradıb.

Akqabay