Qəbələnin rəisi işdən çıxarıldı
    • 6-06-2023, 11:12
    • 132

Qəbələnin rəisi işdən çıxarıldı

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifədən azad edilib.

News24.az xəbər verir ki, daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədov vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.