Qırğızıstanda dövlət çevrilişinə cəhd edən 30 nəfər SAXLANILIDI
    • 6-06-2023, 13:11
    • 186

Qırğızıstanda dövlət çevrilişinə cəhd edən 30 nəfər SAXLANILIDI

Qırğızıstanın xüsusi xidmət orqanları dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 30-dan çox şəxsi saxlayıblar.

News24.az xəbər verir ki, qrupun əsas təşkilatçısının aktivist və “Xalq şurası” siyasi partiyasının sədri Roza Nurmatova olduğu bildirilir. Ümumilikdə sözügedən qrupa 100-dən çox insanın cəlb olunduğu məlumdur.

Saxlanılan şəxslərin hamısının MTN-in müvəqqəti saxlama təcridxanasına yerləşdirildiyi, istintaqla hadisədə iştirak edən digər şəxslərin də müəyyən olunduğu bildirilir.

Xatırladaq ki, iyunun 5-i Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısının alındığı barədə məlumat yayılıb.

Qumral