Laçın postundan yeni kadrlar — VİDEO
    • 6-06-2023, 15:07
    • 348

Laçın postundan yeni kadrlar — VİDEO

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağ erməniləri arasında xəstələrin Laçın sərhəd keçid məntəqəsindən növbəti keçidi baş tutub.

News24.az Trend-ə istinadən xəbər verir ki, səhhətində müəyyən problemlər yaranan Qarabağın erməni sakinləri təcili yardım maşını ilə adı çəkilən istiqamətdə nəzarət-buraxılış məntəqəmizdən maneəsiz, çox rahat şəkildə keçməklə Ermənistana yol alıblar.

Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.