-
- 6-06-2023, 23:36
- 318
Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə öldü
Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.
2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev bu gün Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır. /APA/