-
- 23-11-2024, 23:40
- 212
"Hazırda futbolun kütləvi satışı baş verir"
FİFA-nın keçmiş prezidenti Yozef Blatter hesab edir ki, oyunların çoxluğu və kommersiyalaşması səbəbindən dünyada futbola artıq yoxdur.
Söz.az xəbər verir ki, o, bu barədə İsveçrənin “Watson” qəzetinə müsahibəsində bildirib.
“Mən bir bədheybət yaratdım. 1975-ci ildə orada inkişaf proqramlarının direktoru kimi işləməyə başlayanda FİFA kasıb idi. “Adidas” kimi sponsorlar heç bir pul ödəmirdilər, sadəcə top və köynək verirdilər. Əslində pul qazanan ilk sponsorluq müqaviləsi 1976-cı ildə “Coca-Cola” ilə olub”, - deyə Blatter bildirib.
FİFA-nın sabiq prezidenti qeyd edib ki, televiziyada reklamlar görünməyə başlayandan sonra hər şey dəyişib.
"Futbol televiziya üçün super məhsula, çox pula satıla bilən super şouya çevrilib”.
Blatterin sözlərinə görə, real pul gətirən ilk dünya çempionatı 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatı olub: "2016-cı ildə Canni İnfantino FİFA prezidenti olanda o, hazır yuvada oturdu və pul maşını işə düşdü. Hazırda futbolun kütləvi satışı baş verir".