Bakıda qadının çantasından pul və bank kartları oğurlayan şəxs saxlanıldı
    • 1-07-2022, 11:02
    • 326

Bakıda qadının çantasından pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində paytaxt sakini K.Abdullayevanın çantasından içərisində 235 manatı, balansında 257 manatı olan bank kartı və digər kartlar olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb.

Bu barədə News24.az-a məlumat verilib.

Araşdırma aparılır.