-
- 7-06-2023, 10:27
- 273
Türkiyə parlamentinə bu gün yeni sədr seçiləcək - Ən çox onun şansı var
Türkiyə Böyük Millət Məclisi (TBMM) 28-ci dövr üçün yeni sədrini seçəcək.
News24.az xəbər verir ki, müraciətin son günündə namizədlər bəlli olub. AK Partiya və MHP Numan Kurtulmuşun namizədliyini irəli sürüb, CHP Tekin Bingölü namizəd seçib. Cihan Paçacı isə seçkiyə İYİ Partiyasının namizədi kimi qatılacaq.
TBMM saat 14:00-da toplanaraq yeni sədri təyin edəcək. Səsvermə gizli aparılacaq. İlk iki turda namizədlərdən birinin seçilə bilməsi üçün 400 deputatın səsi tələb olunacaq. İlk 2 turda 400 səs toplanmasa, 3-cü turda səsvermə keçiriləcək. Bu turda parlamentin sədri seçilmək üçün 301 səs çoxluğu kifayət edəcək.
Seçki 4-cü turda olarsa, ən çox səs toplayan namizəd Məclisin sədri seçiləcək. Parlament arifmetikasını nəzərə alsaq, ən geci 3-cü turda Cümhur İttifaqının namizədi Numan Kurtulmuşun TBMM-in yeni sədri seçiləcəyi gözlənilir.
Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezidenti seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb.
Akqabay