Avropa Oyunlarını Azərbaycanda hansı kanal yayımlayacaq? —  FOTO
    • 7-06-2023, 13:38
    • 174

Avropa Oyunlarını Azərbaycanda hansı kanal yayımlayacaq? — FOTO

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarını yayımlayacaq kanaların ilkin siyahısı açıqlanıb.

News24.az xəbər verir ki, mötəbər yarışın dünyanın 50 ölkəsində nümayiş olunacağı dəqiqləşib. Bu barədə oyunların rəsmi saytı məlumat yayıb.

Avropa Oyunları ölkəmizdə "Azərbaycan Televiziyası" və "İdman TV" vasitəsi ilə nümayiş olunacaq.

Siyahıda Avropa ilə yanaşı, Cənubi və Mərkəzi Amerika ölkələri də yer alıb. Danışıqlar davam etdiyi üçün sayın artacağı da gözlənilir.

Qeyd edək ki, Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq. Yarışda 48 ölkədən 7000-dək idmançı iştirak edəcək.