Azərbaycan II Avropa Oyunları çərçivəsində Minskdə açılan sərgidə təmsil olunur
    • 7-06-2019, 10:54
    • 868

Azərbaycan II Avropa Oyunları çərçivəsində Minskdə açılan sərgidə təmsil olunur

Bakı 2015 Birinci Avropa Oyunları zamanı Azərbaycan heykəltəraşları tərəfindən müxtəlif idman növlərinə aid yaradılan heykəllər Belarusda keçirilən "İdman - yüksək incəsənət" sərgisində nümayiş olunur. Heydər Əliyev Fondunun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, II Avropa Oyunları çərçivəsində təşkil olunan sərgi iyunun 6-da Minskdə açılıb. 

Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Müasir İncəsənət Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən "Avropa oyunları – Avropa incəsənəti" adlı genişmiqyaslı layihənin tərkib hissəsidir. 

Sərgidə Almaniya, Belarus, Böyük Britaniya, İspaniya, Litva, Polşa, Rusiya və digər ölkələrin fotoqraf və rəssamları ilə yanaşı Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycandan rəssam və heykəltəraşların da əsərləri yer alıb.

Minsk sakinləri və qonaqlarına idman mövzusunu mədəni, tarixi və sosial kontekstdə əks etdirən əsərlərdən - arxiv fotoları və müasir fotoqrafiya layihələrindən, plakatlar, videomateriallar və heykəştəraşlıq nümunələrindən ibarət ekspozisiya təqdim olunur.  
"İdman - yüksək incəsənət" sərgisi avqustun 4-dək davam edəcək.

Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. Yarışın mədəniyyət proqramına isə mayın 1-dən start verilib.