Çay qurudu, tarixi kilsə üzə çıxdı - FOTO
    • 8-06-2023, 09:06
    • 142

Çay qurudu, tarixi kilsə üzə çıxdı - FOTO

Meksikanın Çiapas əyalətində Qrijalva çayının quruması nəticəsində tarixi Keçula kilsəsi 20 il sonra üzə çıxıb.

News24.az xəbər verir ki, 16-cı əsrdə inşa edilən kilsə yağışlar azaldığı üçün tam şəkildə görünməyə başlayıb. 

1960-cı ildə bəndin tikintisi ilə əlaqədar su altında qalan kilsə çayın qurumasından sonra ziyarətçilərin axınına səbəb olub.

Son illərin ən quraq mövsümünü yaşayan Qrijalva çayı balıqçılıqla dolanışığını təmin edən insanları məyus edib. 

Meteoroloji proqnozlara görə, bölgə bir müddət quraqlıqla mübarizə aparacaq və yaxın vaxtlarda leysan gözlənilmir.

Buna görə də, tarixi kilsənin daha bir neçə həftə ziyarətə açıq olacağı bildirilib. /Haberler.com/