Paşinyan çıxılmaz vəziyyətdə qalıb: Bu sənədi imzalasa, Rusiya...
    • 8-06-2023, 12:34
    • 423

Paşinyan çıxılmaz vəziyyətdə qalıb: Bu sənədi imzalasa, Rusiya...

“Nikol Paşinyan və komandası yenidən qazdıqları çuxurda qalıblar. Paşinyanın 5 ildən artıqdır ki, uzaqgörən xarici siyasəti nəticəsində Ermənistan dəfələrlə təhlükəli oyunlara cəlb olunub, Qərb-Rusiya qarşıdurması səhnəsinə çevrilib. O, çevik, balanslı siyasət nümayiş etdirmir, hər iki tərəflə münasibətləri korladı. Paşinyan onsuz da gərgin olan Ermənistan-Rusiya münasibətlərini gərginləşdirsə də, Qərblə münasibətləri yaxşılaşdırmadı. Söhbət Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən və hakimiyyətin özlərinə başağrısı yaratdığı Roma Statutundan gedir”.

News24.az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

Nəşr yazır ki, Nikol Paşinyan daha bir anlaşılmaz davranış nümayiş etdirib: o, razılaşmanı parlamentə göndərməyib, bunun səbəbləri barədə komanda yoldaşlarına məlumat verməyi lazım bilməyib. 

Erməni mediasının yazdığına görə, diplomatik kanallar müqavilənin ratifikasiya olunacağı təqdirdə heç nəyin yaxşı olmayacağını kəskin şəkildə gündəmə gətirir. Paşinyan hökuməti bu sənədin ratifikasiyasını ötən ilin dekabrında Azərbaycana görə tezləşdirməyə çalışıb. İddia edilir ki, buna səbəb Laçın yolu ilə bağlı beynəlxalq məhkəmənin qərarından Azərbaycana qarşı təzyiq kimi istifadə etmək olub. Lakin Azərbaycan Roma Statutuna qoşulmadığından bu qərarı icra etmək öhdəliyi də yoxdur.

Qeyd olunur ki, razılaşma məsələsini fraksiyada müzakirə etməyiblər, ona görə də nə vaxtsa sənədin yenidən gündəmə gətiriləcəyini söyləmək çətindir. 

Xatırladaq ki, Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edir və Ermənistan 1999-cu ildə buna imza atsa da, 24 ildir ratifikasiya olunmayıb. Bu ilin 17 martında isə BCM Rusiya lideri Putinin həbsinə order verib. Roma Statutuna qoşulan ölkə olaraq Ermənistan bu qərara əməl etməli və Putin ölkəyə daxil olarsa, onu həbs etməlidir. BCM-in Putinin həbsinə qərar verməsindən bir həftə sonra – 24 mart 2023-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkə Konstitusiyasına uyğun olduğu haqda qərar çıxarıb. Beləliklə, imza atılan beynəlxalq qanunu ratifikasiya etmək üçün heç bir maneə və yaxud bəhanə qalmayıb. Konstitusiya Məhkəməsinin bu qərarından ən geci 3 ay müddətində saziş parlamentə göndərilməli və ratifikasiya olunmalıdır. Ancaq Ermənistan hökuməti sənədi hələ də göndərməyib, göndərməyəcəyi barədə də heç bir məlumat verməyib.

Akqabay