-
- 8-06-2023, 18:38
- 319
Ülviyyənin fəxri ad məsələsi nə yerdə qaldı?
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva teatrın rəhbərinə ünvanladığı məktubun cavabsız qaldığını açıqlayıb.
News24.az olay-a istinadən xəbər verir ki, o, bu barədə qonaq olduğu “Səhərin səsi” proqramında deyib. Aktrisa bildirib ki, fəxri ad məsələsi ilə bağlı Əliqismət Lalayev tərəfindən hələ də heç bir tədbir görülməyib:
“Məsələ olduğu kimi qaldı. Heç nə dəyişmədi, dəyişmə ehtimalı da yoxdur. Verdiyim açıqlamalardan sonra çalışdığım teatrda mənə olan münasibət dəyişmədi. Musiqili teatrının çox böyük kollektivi var. Və bu heyət kimi mehriban kollektiv heç yerdə yoxdur.
Teatrımızda aktyorlar arasında intriqalar olmur. Hətta rol üstündə belə... Teatrımıza gələn yeni aktyorlardan tutmuş illərin sənətkarlarına kimi... Xalq artisti Afaq Bəşirqızı gözünüzün önündədir. Mən gənc aktrisayam və Afaq xanım hər zaman mənə gözəl münasibət göstərib.
Ona görə teatrımızın kollektivi ilə heç zaman problemim olmayıb, ola da bilməz. Teatrımızın rəhbəri Əliqismət Lalayev haqda verdiyim açıqlamadan sonra onunla söhbətim olmayıb. Biz zatən çıxışdan öncə söhbət etmişdik. Qarşıda onsuz da gözlənilən bir şey yoxdur. Torbalar dolub... İldə bir dəfə olan şeydir. Bu il mövsüm bitdi. Mövsüm bitəndən sonra bu söhbətləri eləmişəm. Gələn mövsümə də “Ya nəsib, ya qismət”- deyə sənətçi bildirib.