Bakıda bank kartlarından pul çıxaran dəstə üzvləri tutuldu
    • 9-06-2023, 10:32
    • 133

Bakıda bank kartlarından pul çıxaran dəstə üzvləri tutuldu

İyunun 4-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

News24.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri Nicat Əzizli və Zahid Əzizov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.