Ərdoğandan KRİTİK TƏYİNAT - Türkiyədə ora İLK DƏFƏ qadın rəhbərlik edəcək
    • 9-06-2023, 10:43
    • 193

Ərdoğandan KRİTİK TƏYİNAT - Türkiyədə ora İLK DƏFƏ qadın rəhbərlik edəcək

Türkiyə Mərkəzi Bankına yeni sədr təyin edilib.

News24.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

Bu vəzifəyə Hafize Qaye Erkan təyin edilib.

Qeyd edək ki, Hafizə Qaye Erkan Türkiyə Mərkəzi Bankına sədrlik edən ilk qadın olacaq. 

Xatırladaq ki, 1982-ci il təvəllüdlü Erkan 2001-ci ildə Boğaziçi Universitetinin xüsusi şöbəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra təhsilini ABŞ-ın Prinston Universitetində davam etdirib.

Qumral