Ərdoğan onu iki dəfə əməliyyat edən həkimi BAŞ MÜŞAVİRİ təyin etdi
    • 14-12-2022, 14:34
    • 282

Ərdoğan onu iki dəfə əməliyyat edən həkimi BAŞ MÜŞAVİRİ təyin etdi

2011 və 2012-ci illərdə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana bağırsaq əməliyyatı etmiş tibbi personalda yer alan professor Sadettin Hülagü prezidentin baş müşaviri təyin edilib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti sərəncam imzalayıb. 

Qeyd edək ki, Sadettin Hülagü bu vəzifəyədək Kocaeli Universitetinin rektoru olub. O, 1959-cu ildə Ərzurumda anadan olub. 1981-ci ildə İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsini bitirib. 1988-ci ildə GATA Ankara Daxili Xəstəliklər şöbəsində daxili xəstəliklər ixtisası üzrə təhsilini tamamlayıb. 2000-ci ildə professor elmi adını alıb.