Türkiyə bankı rusların valyuta hesablarını bağladı, Moskva HƏRƏKƏTƏ KEÇDİ
    • 9-06-2023, 12:17
    • 183

Türkiyə bankı rusların valyuta hesablarını bağladı, Moskva HƏRƏKƏTƏ KEÇDİ

Türkiyənin “DenizBank” bankı Rusiyadan olan müştərilərinin valyuta hesablarını izahat vermədən bağlamağa başlayıb, həmçinin hesabların idarə olunması üçün 60 dollara qədər komissiya alır.

News24.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

“Bankın dəstək xidmətindən bildirilib ki, heç bir köməklik edə bilməyəcəklər, filiala müraciət etməyi məsləhət görürlər, qeyd edirlər ki, yuxarıdan belə bir göstəriş gəlib”, - məlumatda deyilir.

Qeyd olunur ki, bank ərizəsində pul vəsaitlərinin çıxarılması barədə bildiriş “hesabın idarə edilməsi haqqı” kimi qeyd olunur.

“DenizBank” hazırda Emirates NBD-yə (BƏƏ) məxsus olan Türkiyədə böyük özəl bankdır. 2012-ci ildən 2019-cu ilə qədər Rusiyanın “Sberbank”ına məxsus olub və ona nəzarət edib.

Rusiyanın Ukraynaya hücumundan sonra “DenizBank” və dövlətə məxsus “Halkbank” ilə Rusiyanın Mir ödəniş sisteminə qoşulmuş beş türk bankından biri idi. Lakin ABŞ və Aİ-nin təzyiqi nəticəsində 2022-ci ilin sentyabrında bank Rusiyanın Mir sistemi ilə işləməkdən imtina edib.

Akqabay