Ərdoğan bu tarixdə Azərbaycana SƏFƏR EDƏCƏK
    • 9-06-2023, 12:46
    • 442

Ərdoğan bu tarixdə Azərbaycana SƏFƏR EDƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə “Yeni Şafak” yazıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan yeni dövr üçün xarici səfərlərinə simvolik mənası olan bir başlanğıcla start verir. Ərdoğan ənənəsinə sadiq qalaraq, iyunun 12-də “Geniş Anadolu coğrafiyası” adlandırılan Şimali Kipr Türk Cümhuriyyətinə, 13-də isə Azərbaycana səfər edəcək. Kipr səfəri zamanı Ərdoğan ölkə Prezidenti Ersin Tatarla görüşəcək, orada həll yolu ilə bağlı Türkiyənin tezislərini bir daha səsləndirəcək, Türkiyənin həll tərəfdarı olduğu mesajını təkrarlayacaq. 

Bir gün sonra Ərdoğanın dayanacağı qardaş Azərbaycan olacaq. Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. Bu səfər zamanı iki prezident Qafqazda sülh və sabitlik haqqında mesajlar verəcəklər”, - xəbərdə vurğulanıb.

Akqabay