Tanınmış bloger Bakıya gəldi, - qorxunc görüntülər yaydı – FOTO

Tanınmış bloger Bakıya gəldi, - qorxunc görüntülər yaydı – FOTO Maraqlı
Qazaxıstanlı bloger Azamat Sarsenbayev Xəzər dənizində çəkiliş etmək üçün paytaxt Bakıya üz tutub.

News24.az xəbər verir ki, müşahidələrini globalinfo.az-la bölüşən bloger Xəzər dənizində canlıların kütləvi şəkildə öldüyünü bildirib.

A.Sarsenbayev deyib ki, əslində, Bakıya dəniz suyunun səviyyəsinin azalıb-çoxalmasını dəqiqləşdirmək üçün gəlib.

“Pirşağı çimərliyində, təxminən, 5 kilometr gəzən zaman yol boyu çürüyən suiti cəsədlərinə rast gəldim. Bəzilərində şiddət izləri açıq-aşkar görünür, hətta eləsi də var idi ki, balıq toruna ilişib, başı qopub və s. Ən təsirlisi isə odur ki, onlar insanların da üz tutduğu çimərliklərdədir”, – bloger deyib.

Azamat Sarsenbayev Azərbaycandan sonra Rusiya, Türkmənistan və İrana da eyni məsələ ilə bağlı üz tutacağını bildirib.

Həmin görüntüləri təqdim edirik:
Tanınmış bloger Bakıya gəldi, - qorxunc görüntülər yaydı – FOTO Tanınmış bloger Bakıya gəldi, - qorxunc görüntülər yaydı – FOTO Tanınmış bloger Bakıya gəldi, - qorxunc görüntülər yaydı – FOTO Tanınmış bloger Bakıya gəldi, - qorxunc görüntülər yaydı – FOTO