Hava limanında iki təyyarə toqquşdu
    • 10-06-2023, 10:48
    • 212

Hava limanında iki təyyarə toqquşdu

Tokionun Haneda hava limanında iki sərnişin təyyarəsi uçuş-enmə zolağında bir-birinə çırpılıb.

News24.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Tayvanın "EVA" və "Thai Airways" aviaşirkətlərinin təyyarələri toqquşub. "Thai Airways"ə məxsus təyyarənin qanadı zədələnib. 

Hadisənin baş verdiyi uçuş-enmə zolağı müvəqqəti bağlanıb. Bəzi daxili və beynəlxalq reyslər 30 dəqiqədən bir saata qədər gecikib.

Hadisənin səbəbi araşdırılır.

Qumral