DSX hərbçisi özünü güllələdi
    • 10-06-2023, 13:43
    • 342

DSX hərbçisi özünü güllələdi

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq hərbi xidmət keçən qulluqçusu (MAXE) Rahil Əhmədov həlak olub.

News24.az xəbər verir ki, hadisə Qubadlı rayonu ərazisində baş verib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Əhmədov Rahil Rahib oğlu odlu silahla ehtiyatsız davranma nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rahil Əhmədov Göyçay rayonunun Mallı-Şıxlı kəndində doğulub.