Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edildi
    • 10-06-2023, 15:16
    • 234

Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edildi

Rusiyanın Maqadan vilayətinin səlahiyyətliləri quş qripinin yüksək patogenli A növünə yoluxmuş su quşlarının cəsədlərinin aşkarlanmasından sonra karantin elan edib.

News24.az xəbər verir ki, bu barədə vilayətin Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilib ki, ölü vəhşi quşlar Olski bələdiyyə rayonu ərazisində, Oxot dənizinin sahilində, Tauysk qəsəbəsi yaxınlığında tapılıb.