-
- 30-03-2021, 19:37
- 517
Çexiyada quş qripi yayılıb - 180 mindən çox quş məhv ediləcək
Çexiyanın şimalında H5N8 quş qripinin yayılması ilə əlaqədar quşçuluq fermalarında 182 mindən çox ev quşu məhv ediləcək.
Ölkədə quş qripi infeksiyasının 25 ocağı aşkar edilib.
İnfeksiya ilin əvvəlindən başlayaraq demək olar ki, ölkənin bütün ərazisinə yayılıb. Qeyd olunur ki, Çexiyanın şimalındakı Kralovehradets diyarında 175 min toyuğun, Orta Çexiya diyarında 7 500 ördəyin məhv edilməsi nəzərdə tutulur.
Ölkənin Səhiyyə Nazirliyi quş qripinin insana keçməsi ehtimalının çox az olduğunu bildirib./Trend/