Quş qripi epidemiyası - 100 min toyuq məhv ediləcək
    • 10-01-2023, 11:06
    • 207

Quş qripi epidemiyası - 100 min toyuq məhv ediləcək

Yaponiyanın Miyazaki prefekturasında yeni quş qripi epidemiyası qeydə alınıb.

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Hazırda 100 minə yaxın toyuğun məhvinə başlanılıb. 

Xəstəliklə bağlı şübhələr ötən gün Kavaminami şəhərində yerləşən yumurta fabrikində işçilərin ölü toyuqları aşkar etməsindən sonra yaranıb.

Genetik analiz quş qripinin yüksək patogenli ştamının olduğunu təsdiqləyib. 

Xəstəlik aşkar edilən təsərrüfat ərazisinin üç kilometr radiusunda toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib. Həmçinin toyuq və yumurtaların 10 kilometrlik zonadan kənara çıxarılması da qadağandır. 

Teymur MƏMMƏDOV