Novosibirskdə matəm elan olunub
    • 9-02-2023, 20:57
    • 370

Novosibirskdə matəm elan olunub

Rusiyanın Novosibirsk vilayətində matəm elan olunub.

Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.

Qeyd edək ki, bu gün səhər vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. /Trend/