Şahzadə Uilyam atasının şərəfinə keçiriləcək paradının əsas məşqində iştirak edib
    • 10-06-2023, 17:46
    • 225

Şahzadə Uilyam atasının şərəfinə keçiriləcək paradının əsas məşqində iştirak edib

Uels şahzadəsi Uilyam atası, Böyük Britaniya kralı III Çarlzın doğum günü şərəfinə keçiriləcək “Trooping the Colour” paradının əsas məşqində iştirak edib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Parad iyunun 17-də Londonda keçiriləcək.

Noyabrda Böyük Britaniya kralının 75 yaşı tamam olacaq, lakin mərasim ənənəvi olaraq yayda keçiriləcək. Tədbir monarx üçün yeni statusda ilk olacağından onun xüsusi təmtəraqla keçiriləcəyi gözlənilir.

Paraddan bir həftə əvvəl Şahzadə Uilyamın da iştirak etdiyi əsas məşq baş tutub. Hərbi geyim və “ayı papağı” geyinmiş taxt-tac varisi at belində qoşunları yoxlayıb./Report/