Rusiyadan kritik Türkiyə xəbərdarlığı: Tələsin, indi hərəkətə keçin!
    • 12-06-2023, 10:43
    • 128

Rusiyadan kritik Türkiyə xəbərdarlığı: Tələsin, indi hərəkətə keçin!

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) Türkiyədə tətil planlaşdıran rusiyalı turistlərə Qurban bayramı tətili səbəbiylə tez hərəkət etmələrini tövsiyə edib.

News24.az xəbər verir ki, Assosiasiya xəbərdarlıq edib ki, doqquz günlük Qurban bayramı ilə əlaqədar Türkiyədə hotellər dolu ola bilər və iyunun sonu və ya iyulun əvvəlində Türkiyəyə getmək istəyən turistlər bu dövr üçün otel rezervasiya etməyə tələssinlər.

ATOR bu dövrdə Türkiyəyə tur qiymətlərinin arta biləcəyini və hotellərdə qalma imkanının aşağı olduğunu turistlərə çatdırıblar.

Qeyd edək ki, Türkiyədə bu il Qurban bayramı 28 iyun-1 iyul tarixləri arasında qeyd ediləcək. 

Akqabay