Kredit faizləri aşağı salınacaq? - Mərkəzi Bank sədrindən açıqlama
    • 12-06-2023, 12:21
    • 515

Kredit faizləri aşağı salınacaq? - Mərkəzi Bank sədrindən açıqlama

Azərbaycanda hüquqi şəxslərə verilən kreditlər 11 %-dən başlayır, bu sahədə 20 % yoxdur.

News24.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, istehlak kreditləri üçün isə faiz göstəricisi 16,1 %-dir. "Biz faizləri aşağı salmaq üçün depozitləri də aşağı salmalıyıq. Amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək", - deyə o əlavə edib.