Muğanlı-İsmayıllı avtomobil yolunda tıxac yarandı
    • 12-06-2023, 15:57
    • 174

Muğanlı-İsmayıllı avtomobil yolunda tıxac yarandı

Hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda sıxlıq müşahidə edilir.

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən News24.az-a verilən məlumata görə, buna səbəb ərazidə əsaslı tikinti işlərinin aparılmasıdır.

Bildirilib ki, yolun inşaat işləri aparılan hissələrində daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

“Sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edirik”, - məlumatda vurğulanıb.