Bu ölkənin nüvə silahına rekord məbləğdə pul xərclədiyi ORTAYA ÇIXDI
    • 12-06-2023, 16:22
    • 190

Bu ölkənin nüvə silahına rekord məbləğdə pul xərclədiyi ORTAYA ÇIXDI

Dünyada geosiyasi gərginliyin kəskinləşməsi müxtəlif ölkələrin nüvə silahına xərclərinin artmasına səbəb olub. Ötən ilin sonunda belə silahlara malik olan 9 ölkə bu məqsədlər üçün ümumilikdə 82,9 milyard dollar xərcləyib, ABŞ isə bu göstərici üzrə lider olub.

News24.az xəbər verir ki, bu barədə məlumat Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın analitiklərinin statistikasında əks olunub.

Hazırda dünyada nüvə silahına malik yalnız doqquz ölkə var. Bunlara Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya (KXDR) daxildir. 2022-ci ilin sonunda Birləşmiş Ştatlar bütün digər ölkələrin cəmindən daha çox xərcləyib - bu məqsədlər üçün ümumi qlobal xərclərin demək olar ki, yarısı qədər.

“Doqquz ölkə nüvə silahına 82,9 milyard dollar xərcləyib. ABŞ bütün digər nüvə silahı olan dövlətlərin cəmindən çox – 43,7 milyard dollar xərcləyib”, - deyə təşkilat qeyd edib.

Akqabay