Baydenlə Stoltenberqin görüşü təxirə salındı
    • 12-06-2023, 21:14
    • 164

Baydenlə Stoltenberqin görüşü təxirə salındı

ABŞ Prezidenti Co Baydenlə NATO Baş katibi Yens Stoltenberq arasında görüş təxirə salınıb.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilib.

Məlumata görə, bu gün Ağ Evdə keçirilməli olan görüş iyunun 13-də baş tutacaq.

Görüşün hansı səbəbdən təxirə salındığı barədə məlumat verilməyib.