Gəncədə fərdi evdə yanğın olub
    • 12-06-2023, 22:06
    • 359

Gəncədə fərdi evdə yanğın olub

Gəncə şəhərinin Bünyad Sərdarov küçəsində yerləşən fərdi evlərin birində yanğın qeydə alınıb.

News24.az -ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Evin bir otağında baş vermiş yanğın söndürülüb.

Hadisə zamanı iki qadın özlərini pis hiss etdikləri üçün hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Yanğının başvermə səbəbləri araşdırılır.