Tovuzda evə ildırım düşdü, yanğın oldu
    • 27-06-2022, 12:39
    • 423

Tovuzda evə ildırım düşdü, yanğın oldu

Tovuz şəhərində fərdi evə ildırım düşüb, evin dam örütüyündə yanğın baş verib.

News24.az məlumatına görə, hadisə Tovuz şəhər Eldəniz Quliyev küçəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1974-cü il təvəllüdü Elnur Bağırova məxsus ümumi sahəsi 140 kvadratmetr olan, 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi evə düşən ildırım nəticəsində evin dam örtüyündə yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN+) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və 13 nəfər canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/