Gəncədə yaşlı kişi evini yandırdı
    • 2-07-2022, 01:10
    • 414

Gəncədə yaşlı kişi evini yandırdı

Gəncə şəhərində yaşlı kişi evini benzin tökərək yandırıb.
 
News24.az-ın xəbəbrinə görə, hadisə Gəncə şəhəri, Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində baş verib.
 
Belə ki, ev sahibi, 1949-cu il təvəllüdlü Ə.Fətullayev ümumi sahəsi 66 kv.m olan evinə benzin tökərək yandırıb. Nəticədə ev içərisindəki əşyalarla birgə tamam yanıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən avtomobili və 28 canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.