Gəncədə yanğın olub
    • 22-05-2023, 21:38
    • 298

Gəncədə yanğın olub

Gəncə sakininə məxsus təsərrüfatda yanğın olub.

News24.az-ın məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Əkbər Bağırova məxsus fərdi evin qarşısında olan tövlədə yanğın olub.

Yanğın nəticəsində tövlənin dam örtüyü və orda olan 10 ədəd ot bağlamaları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb. Fərdi ev və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın nəticəsində xəsarət alan olmayıb.