“Bədənini anası qədər heç kim tanıya bilməz” - Damlanın prodüseri
    • 22-02-2019, 12:52
    • 2 697

“Bədənini anası qədər heç kim tanıya bilməz” - Damlanın prodüseri

Ötən gün müğənni Damlaya aid olduğu iddia edilən intim videonun yayılması müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı ifaçının prodüseri Şamil News24.az-a açıqlama verərək, görüntülərin onları narahat etmədiyini açıqlayıb:

“Videonu yayanın kimliyindən xəbərsiz olduğumuz üçün hüquq-mühafizə orqanlarına şikayət edə bilmirik. Görüntülər ilk olaraq “WhatsApp”da yayılıb. Mənə Moskvadan yolladılar. Baxanda, heç narahat olmadım, çünki o şəxs Damla xanım deyil. Aydındır ki, bunu edənlər bizi istəməyənlərdir. Bu, sadəcə olaraq quru şərdir.

Damla xanımın bədənini anası qədər heç kim tanıya bilməz. Əsas odur ki, anası və oğlu rahatdır. Bizi narahat edən məqam onların reaksiyası idi ki, Allaha şükr, görüntülərə görə nə anası, nə də oğlu tərəfdən heç bir sıxıntısı yoxdur”.

Teymur MƏMMƏDOV