"Şuşa Bəyannaməsi tarixi anlaşmadır" - Prezident
    • 13-06-2023, 14:40
    • 225

"Şuşa Bəyannaməsi tarixi anlaşmadır" - Prezident

Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

İki gündən sonra Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün qeyd olunacağını bildirən dövlətimizin başçısı deyib: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.