Bir neçə gün ərzində Rusiyadan nüvə silahı alacağıq - Lukaşenko
    • 13-06-2023, 15:04
    • 303

Bir neçə gün ərzində Rusiyadan nüvə silahı alacağıq - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk bir neçə gün ərzində Rusiyanın taktiki nüvə silahlarını qəbul edəcək. 

News24.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

“Hər şey hazırdır. Düşünürəm ki, bu, bir neçə gün çəkəcək və istədiyimizə nail olacağıq. Və hətta bir az daha çox”, - o bildirib.

Belarus liderinin sözlərinə görə, bu cür silahların saxlanması üçün yaradılan şərait ciddi tələblər baxımından xəstəxananın əməliyyat bloku ilə müqayisə olunur, Minsk bütün tələbləri yerinə yetirib.
Lukaşenka bildirib ki, Belarus dövlətinə qarşı təcavüz olacağı təqdirdə nüvə silahından istifadə etməkdən çəkinməyəcək. O, həmçinin izah edib ki, Belarusda nüvə silahının yerləşdirilməsi zəruridir.

Bundan əvvəl Belarus Prezidenti bəyan etmişdi ki, respublikada nüvə silahının yerləşdirilməsi onun  Moskva qarşısındakı “təcili tələbi”dir. Onun sözlərinə görə, bu yolla o, Belarusun təhlükəsizliyini təmin etmək istəyib və buna görə də Rusiyaya belə bir tələb irəli sürüb.

Akqabay