"Nüvə riski ən yüksək həddə çatıb " -  Quterreşdən həyəcanlı açıqlama
    • 23-08-2022, 12:01
    • 449

"Nüvə riski ən yüksək həddə çatıb " - Quterreşdən həyəcanlı açıqlama

Bu gün nüvə münaqişəsi təhlükəsi son onilliklərin ən ciddi riskinə çevrilib.

News24.az  verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı qurumun baş katibi Antonio Quterreş deyib.

“Nüvə riski onilliklər ərzində ən yüksək həddə çatıb. Nüvə silahı olan ölkələr həmin silahdan birinci iistifadə etməmək barədə öhdəlik götürməlidirlər", - BMT baş katibi deyib. 
 
Antonio Quterreş bildirib ki, bu ölkələr nüvə silahı olmayan dövlətləri onlara qarşı nüvə silahından istifadə etməyəcəklərinə və ya istifadə etməklə hədələməyəcəklərinə əmin etməli və şəffaf olmalıdırlar.