Azərbaycanın Qərb bölgəsinə leysan yağır
    • 13-06-2023, 23:35
    • 268

Azərbaycanın Qərb bölgəsinə leysan yağır

Gəncəyə küləklə müşayiət olunan güclü yağış yağır.

News24.az-ın məlumatına görə, bu gün saat 23 radələrində güclü küləkdən sonra yağış başlayıb.

Nəticədə bir neçə küçəyə sel gəlib, güclü külək avtomibilərin hərəkətində çətinliklər yaranıb. Hazırda yağış davam edir. Şəhərin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, Qərb bölgəsini əhatə edən rayonlarda da yağışlı hava şəraiti davam edir.