Daşkəsənə leysan yağış yağır, dolu düşüb
    • 21-06-2020, 15:29
    • 711

Daşkəsənə leysan yağış yağır, dolu düşüb

Qərb bölgəsinin dağlıq rayonlarından Daşkəsənə leysan xarakterli yağış yağır, dolu düşüb.

News24.az xəbər verir ki, küləklə müşahidə olunan güclü yağış və dolu rayonda bəzi fəsadlar yaradıb. 

Daşkəsən şəhəri ilə yanaşı, bəzi kənd və qəsəbələrdə də meyvə ağaclarına, əkin sahələrinə qismən zərər dəyib. Kəskin hava şəraiti avtomobil yollarında nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

Hazırda küləkli və yağıntılı hava şəraiti davam edir. /Report.az/