Məşhur opera ifaçısı: “Səsim impotensiyanı müalicə etmir”
    • 22-02-2019, 14:36
    • 861

Məşhur opera ifaçısı: “Səsim impotensiyanı müalicə etmir”

Bir neçə gün əvvəl 40 yaşını qeyd edən Rusiyanın ukraynalı opera ifaçısı Vitas maraqlı açıqlama edib.

News24.az xəbər verir ki, o, səsinin bir çox xəstəlikləri müalicə etdiyini bildirib:

“Rusiya şou-biznesindən 21 yaşında Kreml Sarayında konsert verən ilk mən olmuşam. Pərdə açılanda gördüm ki, insanlar yanlarında su ilə dolu qablar gətiriblər. Həmin vaxt bunun nə məna verdiyini anlamadım. Lakin konsert bitdikdən sonra məni başa saldılar ki, onlar həmin suyu mənim səsimlə yükləyirdilər. Əgər insanlara belə kömək edə bilirəmsə, o zaman 3 qat xoşbəxtəm”.

İfaçı həmin sudan özünün də daddığını deyib:

Daha sonra özüm də bunu test etmişəm. Həqiqətən də konsert zamanı səs avadanlıqlarının yanına qoyduğum suyun dadı dəyişik idi”.
Rusiya mətbuatı Vitasının səsinin bir çox xəstəlikləri müalicə etdiyini dəfələrlə vurğulayıb. Müğənni isə səsinin yalnız bir xəstəliyi müalicə etmək gücündə olmadığını açıqlayıb:

“Səsim yalnız impotensiyanı müalicə edə bilmir. Ən azından, həmin sudan nə qədər içsəm də, mənə köməyi yoxdur”.

Teymur MƏMMƏDOV