Koronavirusa yoluxan məşhur aktrisa həkimlərin tövsiyələri barədə danışdı
    • 19-03-2020, 11:09
    • 868

Koronavirusa yoluxan məşhur aktrisa həkimlərin tövsiyələri barədə danışdı

Koronavirusa yoluxan məşhur aktrisa Olga Kurilenko Londonda həkimlərin ona verdiyi tövsiyələri açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa ona heç bir müalicə təyin olunmadığını vurğulayıb: "Mənə yüksək hərarət və ağrılar zamanı parasetamol içməyi məsləhət gördülər. Mən də elə etdim".

Aktrisa bildirib ki, immun sistemini artırmaq üçün C, E, D, B5 vitaminləri, həmçinin sink və kurkumin qəbul edir.

O qeyd edib ki, bu əlavələr koronavirusu müalicə etmir, ancaq immunitet sisteminin onunla mübarizəsinə kömək edir.