Bəkir Bozdağ Türkiyə parlamentinin vitse-spikeri seçildi
    • 14-06-2023, 13:27
    • 155

Bəkir Bozdağ Türkiyə parlamentinin vitse-spikeri seçildi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni vitse-spikerinin adı açıqlanıb, bu vəzifəni Bəkir Bozdağ icra edəcək.

News24.az xəbər verir ki, o, bu təyinatadək ölkənin ədliyyə naziri vəzifəsində çalışıb və mayın 14-də keçirilən parlament seçkilərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) deputat seçilib.

Hazırda Türkiyə parlamentinə Numan Kurtulmuş sədrlik edir.