-
- 22-02-2019, 15:33
- 934
Ailə münaqişəsi zamanı üzü yanan 2 yaşlı körpənin ürək dağlayan - Son GÖRÜNTÜLƏRİ- VİDEO
Bakıda münaqişəli ailədə doğulan 2 yaşlı körpə əməliyyat üçün dünən axşamdan İstanbula aparılıb.
Azyaşlının efirdə yayımlanan görüntülərindən sonra Heydər Əliyev Fondu işə qarışıb və o gecə saatlarında İstanbula göndərilib.
"Healthis" səhiyyə şirkətinin rəhbəri Sənan Quliyevin portalımıza verdiyi məlumata görə, körpə hazırda Bağcılar Yanıq Xəstəxanasında Prof Dr Mehmet Bozkurt tərəfindən müalicə edilir.
Qeyd edək ki Bakıda münaqişəli ailədə doğulan 2 yaşlı körpə elə ailə münaqişəsinin qurbanı olub. Uşağın bilərəkdən yandırıldığı və ya səhlənkarlıq üzündən yandığı ehtimal edilir.
Belə ki, körpənin ağır vəziyyətdə olduğuna baxmayaraq ata uşağın müalicə üçün ölkədən çıxarılmasına icazə verməyib. Daha dəqiq desək, nənə öz oğlunu lazım olan sənədə imza atmağa qoymayıb. Məhz bu nüans hadisəyə belə qiymət verilməsinə əsas yaradır. Hər halda uşağın sağ qalmasını istəyən ata və nənə belə addım atmazdı.
Xatırladaq ki, ağır vəziyyətdə olan körpənin müalicəsinə tələb olunan vəsaitin bir hissəsi ( 21 min dollar - təxminən 30 min manat) "Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayeva-Kərimovanın səyi nəticəsində toplanıb.
//Azxeber