-
- 14-06-2023, 13:37
- 281
Bu radiolara Kəlbəcər və Laçında radiotezliklər ayrıldı
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.
Şuradan News24.az-a verilən xəbərə görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib.